23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
14:44 / 06-11-2024
Əliyev Trampı təbrik etdi
Şəhriyar Məmmədyarov bir gündə 20 nəfərlə şahmat oynayacaq

Şəhriyar Məmmədyarov bir gündə 20 nəfərlə şahmat oynayacaq

Məşhur qrossmeysterimiz Şəhriyar Məmmədyarov ABŞ-ın “US Chess Hub” təşkilatı tərəfindən təşkil edilən və chess.com saytında yayımlanacaq onlayn seansda iştirak edəcək.

Şahmatçımız maksimum 20 nəfərlə oynayacaq. Onun rəqiblərindən dörd nəfər ABŞ Şahmat Federasiyasının reytinqi ilə 2300, 2200, 2100 və 2000-ci xalı olan, digər 16 nəfər isə 2000-dən aşağı xala malik şahmatçı olacaq.

Həmin 20 nəfər 45 dəqiqə + 10 saniyə, Məmmədyarov isə 90 dəqiqə + 10 saniyə sistemi ilə oynayacaq. Daha sonra 45 dəqiqəlik fasilə müddətində analiz, sual-cavab prosesi baş tutacaq.

Həmin mərhələ “Zoom” proqramı vasitəsilə canlı yayımlanacaq və suallara Şəhriyar Məmmədyarovla yanaşı, ABŞ-da yaşayan digər qrossmeysterimiz Rəşad Babayev cavab verəcək.

Yarışın təşkilatçısı və prosesdə iştirak edəcək şahmatçılarımızdan biri də Rəşad Babayevdir. O, hazırda ABŞ-da yaşayır və məşqçilik karyerasında böyük nailiyyətlərə imza atıb.

Qeyd edək ki, sözügedən seans mayın 3-də baş tutacaq. Yarış ABŞ-ın Sietl şəhərinin vaxtı ilə saat 09:00-da başlayacaq. Şahmatçımızla oynamaq və bu seansda iştirak etmək arzulayanlar üçün qeydiyyat mayın 2-dək davam edəcək.


Tarix: 24-04-2020, 12:00 Oxunub: 119


Bölməyə aid digər xəbərlər