İran boksçusu haqqında edam hökmü çıxarıldı

İran boksçusu haqqında edam hökmü çıxarıldı

İran boksçusu Məhəmmədcavad Vəfai-Sani haqqında edam hökmü çıxarılıb.

GununNebzi.az
xarici mətbuata istinadən xəbər verir ki, ölkə çempionu olmuş idmançı 2019-cu ildə yanacağın qiymətinin bahalaşmasına etiraz aksiyalarında “hökumət binalarının yandırılmasında və dağıdılmasında iştirak etməkdə” ittiham olunur.

2020-ci ildə saxlanılan boksçu haqqında qərar bir neçə gün öncə verilib.

Qeyd edək ki, 2020-ci ilin avqustunda güləş üzrə İran çempionu Nəvid Əfkari haqqında da ölüm hökmü çıxarılmışdı. “Qafqazinfo”
İran boksçusu haqqında edam hökmü çıxarıldı

Tarix: 18-01-2022, 15:28 Oxunub: 119


Bölməyə aid digər xəbərlər
25-03-2021, 00:28 Ölüm hökmü ləğv olundu