23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
FHN-dən dənizdə boğulan idmançının ölümünə münasibət: “Orada çimmək qadağandır”

FHN-dən dənizdə boğulan idmançının ölümünə münasibət: “Orada çimmək qadağandır”Fövqəladə Hallar Nazirliyi (FHN) MMA idmançısı Anar Bağışovun dənizdə boğularaq ölməsinə münasibət bildirib.

GununNebzi.az xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Təbliğat Şöbəsinin rəisi, mayor Aqşin Əlilinin Oxu.Az-a verdiyi məlumata görə, dənizin o hissəsində çimmək qadağan imiş:

“Həmin ərazi “12-ci dalan” adlanır. El arasında ora “rus çimərliyi” də adlandırılır. Orada çimmək qadağandır. Bunun üçün o əraziyə qadağanedici lövhələr də yerləşdirmişik. Lakin bununla belə, orada hər il insanlar çimir.

Həmin ərazidə metal qırıntılar çoxdur. Bundan başqa, dənizin o hissəsi burulğanlıdır. Orada ən sərrast üzgüçü belə batmaq təhlükəsi ilə üzləşə bilər. Hətta bizim dalğıclar belə orada çətinlik çəkir. Ona görə də sizin sayt vasitəsilə əhaliyə bildirmək istəyirik ki, qadağanedici lövhələrin tələblərinə riayət etsinlər”.

FHN-dən dənizdə boğulan idmançının ölümünə münasibət: “Orada çimmək qadağandır”


Tarix: 19-06-2020, 19:33 Oxunub: 68


Bölməyə aid digər xəbərlər