01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Rəşad Sadıqov: "Yaxınlarım da virusa yoluxub"

Rəşad Sadıqov: "Yaxınlarım da virusa yoluxub"

"Mənim qohumlarımdan və dostlarımdan da virusa yoluxan olub".

Bu fikirləri Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqov deyib.

Karyerasını başa vuran 38 yaşlı keçmiş müdafiəçi virusa inanmayan şəxsləri məsuliyyətsiz adlandırıb:

"Bu virus elədir ki, yoluxmamaq üçün tövsiyələrə riayət etmək lazımdırı. Amma yenə də yoluxa bilərik. Ünsiyyətdə olduğum insanları və getdiyim yerləri azaltmışam. Xüsusən də, sərt karantin dönəmində. Bu, gözə görünməyən xəstəlikdir. Kimsə evdəki yaxınlarını, əzizlərini də yoluxdura bilər. Deyilən tövsiyələrə, qoyulan qaydalara maksimum riayət etmək lazımdır. Bunun başqa çıxış yolu yoxdur. Digər ölkələr var idi ki, onlarda vəziyyət çox kritik idi. İndi baxırıq ki, yaxşılığa doğru gedirlər. Bizə də tövsiyə olunan onların etdiyi şeylərdir. Xəstəliyin hələ ki, peyvəndi yoxdur ki, kimsə vursun qarşısını alsın. Amma təminat yoxdur ki, xəstəliyə yoluxmayacağıq. Allah millətimizi bu xəstəlikdən qorusun, tezliklə çətin günləri geridə qoyaq".

Sadıqov deyib ki, hazırkı dönəmdə birlik və bərabərliyə çox ehtiyac var:

"Hamı bir nöqtəyə vurmalıdır, qərar nədirsə, ona uyğun addımlar atılmalıdır. Pərakəndəlik olsa, problemin həlli uzanacaq.

Təcrübəli oyunçu virusa inanmayan insanlar barədə də danışıb:

"İlk periodlarda qohumlarımdan xəstələnənlər var idi, artıq sağalıblar. Kimsə mənim yalan danışacağımı təsəvvür etməz, qohumlarımdan da xəstələnən olub, dostlarımdan da. Onlar xəstəliyi ağır keçirmədilər. Virus var, kimsə xəstələnir və ölürsə, yoxdur deyən şəxs məsuliyyət daşıyırmı? Düşünürmü ki, hansısa şəxs mənim sözümə inanar, fikir verməz, xəstələnər və hansısa yaxınını yoluxdurar, o da dünyasını dəyişər. Kimsə inanmırsa, məsləhətim odur ki, sussun danışmasın. Xəstəliyə inanıram. Son 3-4 ayda atamı və anamı iki dəfə ziyarət etmişəm. 2 aydır ki, onları görmürəm. Onların yanına getməkdən ehtiyat edirəm, özümdən qoruyuram. Evdən bayıra çıxmırlar. Deyilənlərə görə virus daha çox yaşlı insanlara təsir edir. Bu səbəbdən belə mövqe tutmuşam".


Tarix: 27-06-2020, 16:13 Oxunub: 81


Bölməyə aid digər xəbərlər