“Neftçi” TV üçün 70-80 faiz əməkdaş yığılıb. Avadanlıqlarımız da test yayımı üçün hazırdır. Test yayımına başlayanda bu barədə məlumat yayacağıq”.
Bunu “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.
O, “İdman TV”dən şərhçi İsmayıl Abdullayevlə əməkdaşlıq edəcəklərini bildirib:
“İsmayıl Abdullayev bizdə aparıcı kimi işləyəcək. Həmçinin, Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsində oxuyan üç oğlan tələbəni aparıcı kimi dəvət etmişik. Qız aparıcı da axtarırıq. Elə adam axtarırıq ki, tələbə və efirdə yeni sima olsun. Bir aydan sonra onlar arasından da seçim edib, hansı tələbəni saxlayacağımıza qərar verəcəyik”.
Qeyd edək ki, test yayımdan sonra “Neftçi”nin televiziyası “YouTube” üzərindən səkkiz saatlıq rejimdə fəaliyyət göstərəcək. Gələcəkdə isə bu televiziyanın peykə çıxması nəzərdə tutulub.
Bölməyə aid digər xəbərlər