"Neftçi" UEFA Avropa Liqasında ilk oyununu keçirib.
GununNebzi.az-ın məlumatına görə, Füzuli Məmmədovun baş məşqçilik etdiyi komanda I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi" ilə üz-üzə gəlib.
"Bakcell Arena"da təşkil olunmuş qarşılaşma "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün ilk hissəsində qapılara qol vurulmayıb. 66-cı dəqiqədə "Neftçi"nin belçikalı legioneri Sabir Burqin hesabı açıb. 70-ci dəqiqədə qonaqların heyətində Omar Qudiabi ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 88-ci dəqiqədə Anton Krivotsyuk ikinci qolu "Şkupi"nin qapısından keçirib. 90+1 -ci dəqiqədə isə Dembo Darbo hesab arasındakı fərqi azaldıb.
Beləliklə, "Neftçi" Avropa Liqasında II təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. Bu raundun püşkü avqustun 31-də atılacaq.
Bölməyə aid digər xəbərlər