23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Qalatasaray” “Neftçi”yə qalib gəldi - YENİLƏNİB

“Qalatasaray” “Neftçi”yə qalib gəldi - YENİLƏNİB“Neftçi” klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində Türkiyənin “Qalatasaray” komandası ilə qarşılaşıb.

GununNebzi.az xəbər verir ki, görüş Bakı Olimpiya Stadionunda keçirilib.

Oyununda hesab 19-cu dəqiqədə açılıb. M.Dian başla dəqiq oynayaraq komandasını hesabda önə keçirib.

İlk hissədə əlavə qol vurulmayıb. Komandalar fasiləyə yollanıblar.

Matçın 46-cı dəqiqədə Mamadu Mboc fərqlənib və "Neftçi" hesabı bərabərləşdirib. Cəmi bir dəqiqə sonra Türkiyə təmsilçisi Kristian Lyundamanın vurduğu qolla yenidən üstünlüyü ələ alıb. Matçın 63-ci dəqiqəsində "cim-bom" M.Dianın vurduğu qolla üstünlüyünü möhkəmləndirib. Qalan dəqiqələrdə əlavə qol olmayıb və oyun "Qalatasaray"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu məğlubiyyətlə "Neftçi" Avropa Liqasındakı çıxışını dayandırıb.

Qeyd edək ki, görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edib.




Tarix: 17-09-2020, 22:13 Oxunub: 164


Bölməyə aid digər xəbərlər