23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Azəriqaz” ləğv edilməlidir

“Azəriqaz” ləğv edilməlidir“Azəriqaz” İstehsalat Birliyi ləğv edilməlidir".

Bu fikirləri Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib.


Onun sözlərinə görə, “Azəriqaz” İstehsalat Birliyinin yerində müstəqil şirkətlər yaradılmalıdır və qazın satışı ilə həmin təşkilatlar məşğul olmalıdır:


"Bu gün Avropanın inkişaf etmiş ölkələrində qazın satışı ilə bir deyil, bir neçə şirkətlər məşğul olur. Hansı şirkətin təklif etdiyi qaz abonenetlərə sərf edirsə, onu da alırlar. Azərbaycanda da bu cür şəraiy yaradılmalıdır.


Yəni, SOCAR-dan qazı “Azəriqaz” İstehsalat Birliyinin yerində yaradılan müstəqil şirkətlər alıb vətəndaşlara satmalıdır. Hansı şirkətin təklif etdiyi qaz daha keyfiyyətli və qiyməti münasib olacaqsa, abonentlər də ona üstünlük verəcəklər. Bu, həm də qazın keyfiyyətini artıracaq. Çünki faktiki olaraq “Azəriqaz” İstehsalat Birliyinin əhaliyə satdığı qazın keyfiyyəti çox aşağıdır".//Demokrat.az


Tarix: 25-01-2021, 18:12 Oxunub: 215


Bölməyə aid digər xəbərlər