23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Azəriqaz”dan Şəmsəddin Hacıyevin qızının borcu ilə bağlı - Açıqlama

“Azəriqaz”dan Şəmsəddin Hacıyevin qızının borcu ilə bağlı - Açıqlama“Azəriqaz” İstehsalat Birliyindən sabiq deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyevanın quruma külli miqdarda borcu olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirilib.

Bu barədə GununNebzi.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Ç.Hacıyeva tərəfindən borc tam ödənilib:

"Bu gün abonent Hacıyeva Çeşmi Şəmsəddin qızının “Azəriqaz” İstehsalat Birliyinə borcunun olmasına dair bir sıra informasiya saytlarında məlumatlar yayılmışdı. Bildiririk ki, abonent tərəfindən borc tam ödənilmiş və bu haqda yayılan məlumat “Azəriqaz” İstehsalat Birliyi tərəfindən gündəmə gətirilməmişdir".

Qeyd edək ki, Çeşmi Hacıyeva Ağstafanın yeni təyin olunan icra başçısı Seymur Orucovun həyat yoldaşıdır.


Tarix: 17-06-2020, 18:48 Oxunub: 109


Bölməyə aid digər xəbərlər