23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Hər bir yeniliyin həyata keçirilməsi prosesində müəyyən problemlər yaranır” – Səfər Mehdiyev

“Hər bir yeniliyin həyata keçirilməsi prosesində müəyyən problemlər yaranır” – Səfər Mehdiyev"Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət“ sistemi ("Smart Customs” mobil tətbiqi) ötən ilin sentyabr ayında istifadəyə verilib, internetin ölkə ərazisində müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar proqramın istifadəsinə dair məcburiyyət 2020-ci ilin sonuna qədər aradan götürülüb.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ötən ilin sonunda Komitənin ictimaiyyətə təqdim etdiyi “Smart Customs” mobil tətbiqi ilə bağlı yaranmış narazılıqlara aydınlıq gətirərək bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində proqramda təkmilləşdirmələr aparılıb və cari ilin əvvəlindən yenidən tətbiqinə başlanılıb: “Smart Customs” mobil tətbiqi gömrük xidmətlərinin mobil platformaya daşınmasını, bununla da gömrük xidmətlərinə əlçatanlığın səviyyəsinin yüksəldilməsini hədəfləyən bir layihədir. Hazırda təkmilləşdirilmiş versiyada ilkin olaraq “Sadələşdirilmiş bəyannamə - elektron ticarət”, “Elektron növbə”, “Sürətli keçid” və “Yüngül minik nəqliyyat vasitələrinin idxalı ilə bağlı gömrük ödənişlərinin hesablanması” gömrük xidmətləri öz əksini tapıb və gələcəkdə xidmət növlərinin sayi daha da artacaq”.

S. Mehdiyev bildirib ki, “Sadələşdirilmiş bəyannamə - elektron ticarət” elektron gömrük xidmətinin “Anroid” və İOS əməliyyat sistemləri istifadəçiləri üçün hazırlanıb təqdim edilmiş “Smart Customs” mobil tətbiqi üzərindən istifadəsi təmin edilib: “Son məlumatlara əsasən artıq tətbiqin 29 mindən çox “Android”, 3 700-dən çox İOS istifadəçisi mövcuddur”.

Komitə sədri qeyd edib ki, hər bir yeniliyin həyata keçirilməsi prosesində müəyyən problemlər yaranır: “Tamamilə informasiya texnologiyalarına əsaslanan bu layihənin tətbiqi prosesində də problemlərin yaranmaması, insanların uzun zaman ərzində formalaşan alışqanlıqlarını dəyişdirməsi o qədər də asan məsələ deyil. Lakin vətəndaşlarımızı əmin edə bilərəm ki, onların rahatlığının təmin edilməsi, həm də gömrük orqanlarının işinin səmərəliliyinin artırılması baxımından “Smart Customs” mühüm əhəmiyyət daşıyır. Artıq layihənin tətbiq olunduğu ilk günlərdə yaranan problemlər aradan qaldırılıb, sistem normal fəaliyyət göstərir və inanıram ki, digər yeniliklərimiz kimi “Smart Customs” da ölkəmiz, vətəndaşlarımız üçün faydalı olacaq”.


//Report


Tarix: 29-01-2021, 12:45 Oxunub: 220


Bölməyə aid digər xəbərlər