23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Sığorta ödənişlərinin həcmi iki dəfəyə qədər artıb

Sığorta ödənişlərinin həcmi iki dəfəyə qədər artıb2021-ci ilin yanvar ayı ərzində sığorta şirkətləri tərəfindən yığılan sığorta haqları və bu müddət ərzində edilmiş sığorta ödənişləri barədə məlumat verilib.

GununNebzi.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, yanvar ayı ərzində könüllü sığorta növü üzrə sığorta şirkətləri tərəfindən 84 milyon 178,3 min manat həcmində, icbari sığorta növü üzrə isə 19 milyon 832,5 min manat sığorta haqqı yığılıb.

Ötən ilin yanvar ayı ilə müqayisədə könüllü sığorta növü üzrə yığım həcmi 7,7 faiz, icbari sığorta növü üzrə yığımlar isə 4,6 faiz azalıb.

Ötən ay ərzində könüllü sığorta növü üzrə sığortalanan şəxslərə şirkətlər tərəfindən 37 milyon 187,7 min manata qədər, icbari sığorta növü üzrə isə 19 milyon 653 min manata qədər sığorta ödənişi edilib.

2020-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə könüllü sığorta növü üzrə sığorta ödənişlərinin həcmi 1,9 dəfə, icbari sığorta növü üzrə isə 2,6 dəfə çoxalıb.


Tarix: 23-02-2021, 18:52 Oxunub: 160


Bölməyə aid digər xəbərlər