23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bu sığorta şirkətinin 21 min manata yaxın vergi borcu var

Bu sığorta şirkətinin 21 min manata yaxın vergi borcu var

Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 1-i dövlət büdcəsinə borcludur.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, söhbət "Rəvan Sığorta” ASC-dən gedir. Şirkətin vergi borcu 20 645,37 manat təşkil edir.

Qeyd edək ki, "Rəvan Sığorta" Azərbaycan Mərkəzi Bankı(AMB) məcmu kapitalı müəyyən edilmiş tələbdən az olduğu üçün nəzarətə götürdüyü 2 sığorta şirkətindən biridir. Şirkətə kapitalını artırmaq üçün 1 ay vaxt verilib.

Xatırladaq ki, "Rəvan Sığorta" 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Hazırda onun nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmlərinin 49,1%-i "Nurgun Group of Companies"ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank"a məxsusdur.


Tarix: 2-06-2020, 15:38 Oxunub: 146


Bölməyə aid digər xəbərlər