23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Nazirlər Kabinetindən yeni qərar: 5 faiz rüsum müəyyənləşdi

Nazirlər Kabinetindən yeni qərar: 5 faiz rüsum müəyyənləşdi

Ərzaq və yemlik təyinatlı arpa üçün idxal gömrük rüsumu müəyyənləşib.

GununNebzi.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib.

Qərara əsasən, ərzaq və yemlik təyinatlı arpa üçün 5 faiz idxal gömrük rüsumu müəyyənləşib.

Qeyd edək ki, hazırda toxumluq arpa idxal gömrük rüsumundan azaddır, digər arpalar üçün isə 5 faiz idxal gömrük rüsumu alınır. Toxumluq arpa və digər arpalar üçün mövcud gömrük rüsumu qüvvədə saxlanılıb.

Tarix: 4-03-2021, 20:14 Oxunub: 147


Bölməyə aid digər xəbərlər