Martın 18-də qeydə alınan kəskin qiymət enişindən sonra dünya birjalarında neftin qiymətində başlanan artım davam edir.
Bu gün Brent neftinin bir bareli 30 dollar həddini keçərək 30.66 dollara satılıb.
Nyu-York birjasında isə WTI neftinin bir baelinin qiyməti 28.20 dollara kimi yüksəlib.
Analitiklər bildirirlər ki, neft bazarında qiymətləri yüksəldən əsas iki faktordur. Bunlardan birincisi, ABŞ Energetika Nazirliyinin strateji neft ehtiyatlarını artırmaq üçün 30 milyon barrel neft almaq qərarı qəbul etməsidir.
Bazara müsbət impuls verən daha bir amil The Wall Strret Journal-ın Donald Tramp administrasiyasının Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı qiymət müharibəsini tənzimləmək üçün hərəkətə keçməsinə dair xəbəridir. Qəzetin yazdığına görə, Vaşinqton diplomatik yollarla Səudiyyə Ərəbistanını hasilatı artırmaq planlarından vaz keçməyə razı salmaq, həmçinin Rusiyanın bazar əlavə neft çıxarmasının qarşısını almaq üçün sanksiyaları gücləndirmək niyyətindədir.
Bölməyə aid digər xəbərlər