23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Mikayıl Cabbarov Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürənlərə təşəkkür etdi

Mikayıl Cabbarov Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürənlərə təşəkkür etdi“İqtisadiyyat Nazirliyi ölkəmizdə koronavirus pandemiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,2 milyon manat vəsait köçürüb”.

gununNebzİ.az xəbər verir ki. Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarovun “Facebook” hesabında ünvanladığı müraciətində deyilir.

“Hörmətli həmkarlar!

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ölkəmizdə #Koronavirus (COVİD-19) pandemiyasına qarşı preventiv addımların atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

İlk olaraq dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir illik əmək haqlarını bu fonda köçürüblər.

Hər bir Azərbaycan vətəndaşının, o cümlədən, dövlət məmurlarının, iş adamlarının, sadə insanların səyləri ilə fondda artıq 100 milyon manatdan çox vəsait toplanıb.

İqtisadiyyat Nazirliyi, onun strukturuna daxil olan və tabeliyində olan qurumların rəhbər vəzifəli şəxsləri və sıravi əməkdaşları olaraq siz də həmrəylik, birlik və vətəndaşlıq məsuliyyəti nümayiş etdirərək bu nəcib addımdan kənarda qalmamısınız, adıçəkilən sosial təşəbbüsü könüllü olaraq əməkhaqları və ianələr ilə dəstəkləmisiniz.

Hər birinizə dərin minnətdarlığımı bildirir, sizinlə birlikdə çalışmaqdan qürur hissi keçirdiyimi ifadə etmək istəyirəm. Belə bir məsuliyyətli zamanda bütün çətinlikləri birlikdə dəf edəcəyimizə, bu sınaqdan da üzüağ çıxacağımıza əminəm!”


Tarix: 31-03-2020, 19:04 Oxunub: 88


Bölməyə aid digər xəbərlər