23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
SOCAR dövlətə nə qədər vergi ödəyib?

SOCAR dövlətə nə qədər vergi ödəyib?

2020-ci ildə dövlət büdcəsinin gəlirlərində iqtisadiyyatın neft sektoru üzrə daxilolmaları 14 milyard 2,1 milyon manat olub.

GununNebzi.az-
ın məlumatına görə, bu “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

Bu vəsait 2019-cu illə müqayisədə 397,5 milyon manat və ya 2,9 faiz çoxdur.

Bildirilib ki, neft sektoru üzrə büdcə gəlirlərinin 87,1 faizini və ya 12 milyard 200 milyon manatını Dövlət Neft Fondundan transfert, 12,9 faizini və ya 1 milyard 802,1 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edib.

Neft sektoru üzrə daxilolmaların 66,5 faizini və ya 1 milyard 198,4 milyon manatını Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), 33,5 faizini və ya 603,7 milyon manatını isə neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edib.

Neft sektoru üzrə mənfəət vergisi 727,7 milyon manat proqnoza qarşı icra 797,1 milyon manat və ya 69,4 milyon manat (9,5 faiz) çox, 2019-cu illə müqayisədə isə 299,6 milyon manat (27,3 faiz) azdır. Neft sektoru üzrə mənfəət vergisindən daxilolmaların 24,3 faizi və ya 193,4 milyon manatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), 75,7 faizi və 603,7 milyon manatı neft-qaz sahəsində hasilatın pay bölgüsü üzrə podratçı təşkilatların payına düşüb.

Tarix: 24-05-2021, 17:37 Oxunub: 139


Bölməyə aid digər xəbərlər