23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə daxilolmalar artıb

Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə daxilolmalar artıbAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 5 milyard 672,6 milyon manat vəsait daxil olub.

Bu barədə Maliyyə Nazirliyinin 2020-ci ilin doqquz ayında dövlət büdcəsinin icrasına (operativ) dair məlumatında deyilir.

Belə ki, bu da proqnoza nisbətən 155,6 milyon manat və ya 2,8 faiz, 2019-cu ilin eyni dövrü ilə müqayisədə, 63,8 milyon manat və ya 1,1 faiz çoxdur.

Həmin vəsaitin 74,9 faizi və yaxud 4 milyard 249,9 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. Bu isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə, 321,1 milyon manat və ya 8,2 faiz çoxdur.


Tarix: 21-10-2020, 17:28 Oxunub: 175


Bölməyə aid digər xəbərlər