23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
SOCAR-da 1 ton neftin maya dəyəri nə qədərdir?

SOCAR-da 1 ton neftin maya dəyəri nə qədərdir?2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) 1 ton neftin maya dəyəri 123,8 manat təşkil edib.

Bu barədə SOCAR-ın 2019-cu ildəki fəaliyyəti ilə bağlı illik hesabatında bildirilib.

Sənədə əsasən, bu, 2018-ci illə müqayisədə 5,8 manat və yaxud 4,9 faiz çoxdur.

Ötən il şirkətin neft hasilatına çəkdiyi xərclərin tərkibində material və komponent xərcləri 3,9 faiz, əmək haqqı xərcləri 15,3 faiz, sosial ehtiyaclara ayırmalar 2,9 faiz, amortizasiya ayırmaları 17,7 faiz, təmir xərcləri 11,6 faiz, texniki xidmət xərcləri 5,2 faiz, nəqliyyat xərcləri 16,9 faiz, mədən vergisi xərcləri isə 8,2 faiz paya malik olub.

SOCAR-ın neftinin maya dəyərinin artması material, yanacaq, əmək haqqı, əsas vəsaitlərin amortizasiyası, əsaslı təmir, texniki xidmət, nəqliyyat və nəqliyyat vasitələrinin istismarı, mühafizəsi, mədən vergisi və digər xidmətlər üzrə xərclərin artması hesabına baş verib. Belə ki, hesabat dövründə material xərcləri 2 milyon 332 min manat (7,4 faiz), yanacaq xərcləri 163 min manat (18,1 faiz), əmək haqqı xərcləri 6 milyon 353 min manat (5 faiz), əsas vəsaitlərin amortizasiyası 20 milyon 852 min manat (15,9 faiz), əsaslı təmir və texniki xidmət xərcləri 28 milyon 209 min manat (24,2 faiz), nəqliyyat və nəqliyyat vasitələrinin istismarı xərcləri 16 milyon 555 min manat (12,9 faiz), mühafizə xərcləri 1 milyon 997 min manat (14,5 faiz), mədən vergisi 993 min manat (1,4 faiz), digər xidmətlər 1 milyon 472 min manat (2,6 faiz), digər xərclər 5 milyon 860 min manat (23,7 faiz) artıb.


Tarix: 2-09-2020, 19:00 Oxunub: 148


Bölməyə aid digər xəbərlər