23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
BVF: Bu il dünya əsrin ən ağır iqtisadi böhranı ilə üzləşəcək

BVF: Bu il dünya əsrin ən ağır iqtisadi böhranı ilə üzləşəcək
2020-ci ildə dünyanı Böyük depressiya zamanından bu yana ən ağır iqtisadi çöküş gözləyir.

“gununnebzi.az” xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva bildirib.

Onun sözlərinə görə, buna səbəb koronavirus pandemiyası olacaq.

“Koronavirus bizim ictimai və iqtisadi asayişimizi ildırım sürəti ilə və indiyədək görülməmiş miqyasda sarsıtdı”, - deyə qurumun nümayəndəsi əlavə edib.

Georgiyeva bu çöküşün nə qədər dərin və davamlı olacağ barədə məlumatın olmadığını əlavə edib.


Tarix: 10-04-2020, 10:30 Oxunub: 150


Bölməyə aid digər xəbərlər