23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İqtisadiyyat Nazirliyinin təşəbbüsünə sahibkarlar da qoşuldu

İqtisadiyyat Nazirliyinin təşəbbüsünə sahibkarlar da qoşulduİqtisadiyyat Nazirliyinin aztəminatlı ailələrin ən çox tələb olunan istehlak mallarına ehtiyacının ödənilməsinə dəstək təşəbbüsünə sahibkarlar da qoşulub.



gununnebzi.az xəbər verir ki, ötən həftədən etibarən nazirliyin təşkilatçılığı ilə həftəlik tələbatı ödəyəcək ərzaq bağlamalarının Bakıda və Abşeronda aztəminatlı ailələrə çatdırılmasına başlanıb.


Aksiyanın reallaşdırılmasına qoşulan sahibkarlar bu təşəbbüsə hər cür dəstək verirlər. Belə ki, “Azərmaş” ASC ərzaq bağlamalarının çatıdırılması üçün xüsusi avtomobillər ayırıb, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının könüllüləri isə həftəlik ərzaq bağlamalarını karantin rejimi tələblərinə tam əməl etməklə aztəminatlı ailələrə çatdırmağa yardım edirlər.



Sosial aksiya 500 ailəni (təxminən 2000 nəfəri) əhatə edəcək. Sahibkarlar və İqtisadiyyat Nazirliyi sosial aksiyanı həftəlik olmaqla bütün karantin dövründə həyata keçirəcək.


Tarix: 13-04-2020, 20:33 Oxunub: 145


Bölməyə aid digər xəbərlər