13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
“Pandemiyaya görə yardım 5 milyon vətəndaşı əhatə edib” - Mikayıl Cabbarov

“Pandemiyaya görə yardım 5 milyon vətəndaşı əhatə edib” - Mikayıl Cabbarov

“Koronavirus (COVID-19) pandemiyasından əvvəl dünya iqtisadiyyatında orta hesabla 3,5% illik artım olmuşdusa, pandemiyanın davam etdiyi 2020-ci ildə 3,2% azalma olub”.

GununNebzi.az-
ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda tədbirdə bildirib.

“Ötən il pandemiya ilə bağlı Azərbaycanda ümumi daxili məhsil 4,3% azalıb. Dövlətin gəlirləri azalsa da, hökümət makro iqtisadi sabitliyin təmin edilməsi üçün əhaliyə və biznesə 2,7 milyard ABŞ dolları məbləğində yardım göstərib. Bu yardım paketi 5 milyon vətəndaşı əhatə edib”, - deyə o, qeyd edib.

Nazirin sözlərinə görə, 2021-2022-ci illər Azərbaycan iqtisadiyyatının bərpa dövrü olacaq və münbit dinamika bu ilin sonuna qeyri-neft ixracının dəyərini 2,2 milyard dollara çatdırmağa imkan verəcək.

Tarix: 6-10-2021, 11:27 Oxunub: 186


Bölməyə aid digər xəbərlər