23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Mikayıl Cabbarov rekord göstərici barədə məlumat verdi

Mikayıl Cabbarov rekord göstərici barədə məlumat verdi

“2021-ci ilin yanvar-mart aylarında qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 faiz artıb”.

GununNebzi.az-ın məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

Onun sözlərinə əsasən müvafiq dövr ərzində qeyri-neft məhsullarının ümumi ixrac dəyəri 501,6 milyon dollar təşkil edib:

“Bu, Azərbaycan iqtisadiyyatının pandemiya dövründə də dayanıqlığının göstəricisidir. 2021-ci ilin yanvar-mart ayları üzrə qeyri-neft ixracının həcmi müstəqillik illərinin analoji dövrü ilə müqayisədə rekord göstəricidir. Bu ilin ilk üç ayında qeyri-neft məhsullarının ixracı ilk dəfə olaraq 500 milyon dolları ötüb”.

Tarix: 12-04-2021, 18:02 Oxunub: 297


Bölməyə aid digər xəbərlər