07:09 / 08-01-2025
Prezident Fransanın təhdidlərinə necə cavab verdiyini açıqladı
07:07 / 08-01-2025
“Bu, təşkil olunmuş terror aktı idi” - İlham Əliyev
07:06 / 08-01-2025
Bakıda 10 yeni metro stansiyası inşa ediləcək - Prezident açıqladı
07:05 / 08-01-2025
“Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil” - Prezident
07:02 / 08-01-2025
“O əyalət mollası cəzalanmalıdır” - Prezident
07:00 / 08-01-2025
Kiyev üçün son yardım paketini bu tarixdə açıqlayacaqlar
23:06 / 07-01-2025
Bakıda polis əməkdaşları 10 min manat tapdı, sahibinə qaytarıldı - Yenilənib
18:45 / 07-01-2025
İlham Əliyev Çin Sədrinə başsağlığı verdi
18:45 / 07-01-2025
Prezident yerli televiziya kanallarına müsahibə verdi - Fotolar
16:12 / 07-01-2025
Bu işçilərin maaşı artırıldı - Sərəncam
15:54 / 07-01-2025
Ərinin ölümünə görə tutulan qadın tanınmış həkimin qızı imiş - “15 ildir görmürəm”
15:51 / 07-01-2025
Polisin “saxla” əmrinə tabe olmadı - 15 günlük həbs edildi
15:27 / 07-01-2025
Metroda gedişhaqqı artırılır? - Açıqlama
12:25 / 07-01-2025
Çində fövqəladə vəziyyət rejimi tətbiq edildi
12:07 / 07-01-2025
Sumqayıtda yaşayış binasında yanğın olub, xəsarət alan var
12:05 / 07-01-2025
Abşeronda qadın meyiti tapılıb
12:02 / 07-01-2025
Azər Baxşəliyev əməliyyatdan özü imtina edib - RƏSMİ
12:00 / 07-01-2025
Prezident Əhməd Əhmədzadə ilə bağlı sərəncam imzaladı
11:58 / 07-01-2025
Məkkə və Mədinəni su basdı - Video
11:51 / 07-01-2025
41 yaşlı kişi doğranaraq kanala atıldı - Polis arvadını saxladı-Yenilənib
11:49 / 07-01-2025
Onlara yeni vəzifə verildi
11:46 / 07-01-2025
Haker hücumları ilə bağlı əhaliyə müraciət
07:25 / 07-01-2025
AZAL-a məxsus təyyarənin “qara qutu”larının deşifrəsi tamamlandı
07:23 / 07-01-2025
Lukaşenko Zelenskidən üzr istəyib?
07:21 / 07-01-2025
“Bayden işimi çətinləşdirir” - Tramp
23:58 / 06-01-2025
“Risk görsək, addımlar atacağıq” - Ərdoğan
23:55 / 06-01-2025
Mehriban Əliyeva xristian icmasını təbrik etdi
23:52 / 06-01-2025
Kiyevdən Qərbə xəbərdarlıq
20:39 / 06-01-2025
Rafiq Əliyevin qaynı oğlu Rusiyada qətlə yetirilib
20:38 / 06-01-2025
Lamiyənin evləndiyi əcnəbi o imiş... - Fotolar
19:51 / 06-01-2025
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi
19:47 / 06-01-2025
Prezidentlə bugünkü görüşün - Videosu
“Azəriqaz” rəhbərindən qiymətlə bağlı - Açıqlama
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev də Tarif Şurasının qərarı ilə bağlı açıqlama yayıb.
GununNebzi.az xəbər verir ki, o qeyd edib ki, bu gün Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib:
“Qərara əsasən, əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırıldı. Əhali üçün 1200-2500 kubmetrədək və 2500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanıldı.
Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırıldı. Əvvəla, onu deyim ki, həqiqətən də, tariflərə baxış qaçılmaz idi. Bunun bir çox obyektiv və subyektiv səbəbləri var.
Səbəblərdən biri budur ki, dövlət zərərlə işləyən və büdcəyə yük olan sahələri iqtisadi asılılıqdan çıxarmağa çalışır. Yəni qurumların rentabelliyinin artırılması əsas prioritetlərdən biridir. Dayanmadan istehlakçı sayının çoxalması dövlətin xərclərinin artmasını qaçılmaz edir.
Təsəvvür edin, 1000 kubmetr təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci hazırda 174 manat təşkil edir. Digər səbəblərdən biri dünya bazarında təbii qaz da daxil olmaqla, qiymətlərin yüksəlməsidir”.
Baş direktor əlavə edib ki, pandemiyanın nisbətən səngiməsinin fonunda dünya bazarında müşahidə olunan canlanma bu bahalaşmanı şərtləndirən amillərdən biridir:
“Xırda bir statistikaya fikir verin: Cari ildə sənaye sahələrində istehsalın bərpa olunması dünya bazarında qazın qiymətinə əsaslı şəkildə təsir etdi. İlin əvvəlində 1000 kubmetri 335 dollar olan təbii qaz iyul ayında 500 dollara, avqustda isə 600 dollara yaxın olub. Sentyabr ayında birjalarda 1000 kubmetri 700 dollara qalxan qazın qiyməti oktyabr ayında rekord həddə - 1200-1400 dollar aralığına yüksəlib.
Üstəlik, neft və qaz avadanlıqlarının qiymətindəki artım da maya dəyərinə kifayət qədər təsir edir. Beləliklə, bu artımların bütün xidmət sahələrinə təsiri tarif məsələsini məcburi şəkildə gündəmə gətirdi.
İnanıram ki, iqtisadi asılılığın aradan qaldırılması xidmət sahələrində faydalı iş əmsalına xeyli təkan verəcək”.
Bölməyə aid digər xəbərlər

Tarix: 16-10-2021, 21:42 Oxunub: 157
Bölməyə aid digər xəbərlər
16-10-2021, 19:53
“Azərişıq”dan elektrik enerjisinin qiyməti barədə - Açıqlama
10-09-2020, 18:11
“Azəriqaz”dan əhaliyə verilən qazla bağlı AÇIQLAMA
30-06-2021, 16:40
Tarif Şurasından qaz qiymətləri ilə bağlı yeni qərar.
30-06-2021, 19:00
İşıqla bağlı qərar əhaliyə aid deyil - Tarif Şurasından açıqlama
30-06-2021, 17:18
Bəzi sahələrə verilən qazın tarifi dəyişdirilməyib