23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Tibb müəssisələrində dövlət metroloji nəzarəti aparılır

Tibb müəssisələrində dövlət metroloji nəzarəti aparılır

Ölçmə vəhdətinin təmin olunması sahəsində qanunvericiliyin icrasına nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində dövlət metroloji nəzarətinin aparılmasına başlanılıb.

GununNebzi.az
xəbər verir ki, aparılan nəzarət tədbirləri çərçivəsində tibb müəssisələrində ölçmələrə dair məcburi tələblərə riayət edilməsi yoxlanılacaq.

Bununla yanaşı, istifadə olunan ölçmə vasitələrinin dövri yoxlamadan keçirilməsi, ölçmə nəticələrinin təhrif olunmasına səbəb ola biləcək icazəsiz sazlanmaların mövcudluğu və ölçmə vasitələrinə müdaxilə edilməsinə dair vəziyyəti araşdırılacaq.

Bizi Telegramda izləyin

Tarix: 1-07-2022, 16:18 Oxunub: 35


Bölməyə aid digər xəbərlər