09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Ləğvetmə prosesində olan banklarla bağlı yenilik

Ləğvetmə prosesində olan banklarla bağlı yenilik

Ləğvetmə prosesində olan bankların vergi yükünün tənzimlənməsi üçün vergitutma məqsədləri baxımından ehtiyatları yaradılacaq.

GununNebzi.az
xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Layihəyə əsasən, müflis elan olunmuş banklar vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada xüsusi ehtiyatları yaratmaqla gəlirdən çıxmaq hüququna malik olacaq.

Başqa sözlə, ləğvetmə prosesində olan bankların vergi yükünün tənzimlənməsi, habelə faktiki olaraq, ödənilməyən gəlirlər üzrə yaranmış ümidsiz borclara münasibətdə vergitutma məqsədləri üçün ehtiyatları yaradılması nəzərdə tutulur.

Tarix: 2-11-2023, 12:45 Oxunub: 8


Bölməyə aid digər xəbərlər