23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
ABŞ-ın büdcə kəsiri 300 mln dollar azalıb

ABŞ-ın büdcə kəsiri 300 mln dollar azalıbBu ilin avqust ayında ABŞ federal hökumətinin büdcə kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 300 milyon ABŞ dolları və ya 0,1% azalaraq 200,1 milyard ABŞ dollara enib.

gununnebzi.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyi büdcə balansı hesabatında açıqlayıb.

Məlumata görə, 2019-cu ilin oktyabrın 1-də başlayan və 2020-ci il sentyabrın 30-da yekunlaşacaq maliyyə ilinin oktyabr-avqust aylarında ümumi büdcə kəsiri isə 3 trilyon ABŞ dollara (illik müqayisədə 2,8 dəfə artıb) yüksəlib.

Bu ilin avqustunda hökumətin gəlirləri 2,1% azalaraq 223,2 milyard ABŞ dollara, xərcləri isə 1,2% azalaraq 423,3 milyard ABŞ dollara enib. 2020-ci maliyyə ilinin ilk 11 ayında isə hökumətin gəlirləri 3,04 trilyon ABŞ dolları (1,3% az), xərcləri isə 6,05 trilyon ABŞ dolları (45,7% çox) təşkil edib.

Qeyd edək ki, ABŞ Konqresinin Büdcə Ofisi (CBO) federal büdcə kəsirinin bu il 3,3 trilyon ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırmışdı. (report)


Tarix: 12-09-2020, 16:46 Oxunub: 208


Bölməyə aid digər xəbərlər