23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
TAP layihəsinin tikintisi yekunlaşdı, ticarət fəaliyyətinə hazırlıq gedir - FOTO

TAP layihəsinin tikintisi yekunlaşdı, ticarət fəaliyyətinə hazırlıq gedir - FOTOAzərbaycan təbii qazının Avropaya daşınmasını həyata keçirəcək Trans Adriatik Boru (TAP) kəməri layihəsinin tikintisi yekunlaşıb.

Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

TAP AG şirkətinin verdiyi məlumata əsasən, tikinti işlərinə başlanılmasından 4 il yarım keçdikdən sonra TAP boru kəməri layihəsi artıq tamamlanıb. Layihəyə görə, bu boru kəməri Yunanıstan-Türkiyə sərhədindən cənubi İtaliyadakı təbii qazın qəbul terminalına qədər təbii qazla doldurulub.

Hazırda, TAP üzrə ticarət əməliyyatlarına başlanılması və ISO-lara uyğun bazara potensial təklif verilməsi üçün hazırlıq işləri yekunlaşır. TAP boru kəməri ilə Puglia (İtaliya) şəhərindəki “Snam Rete Gas” təbii qaz ötürmə sistemi arasındakı əlaqələndirmə hissəsinin bu il noyabr ayının ortalarına qədər tamamlanması və qaz nəqlinə hazır vəziyyətə gətirilməsi gözlənilir.

Qeyd edək ki, TAP Ticarət şöbəsinin müdiri Marija Savova, layihənin gedişatı və ticarət fəaliyyətinə başlanılması üçün hazırlıq işlərinin vəziyyəti barədə onlayn konfransda məlumat verib.

Bildirilib ki, bu təbii qaz infrastrukturu Avropanın daha dayanıqlı enerji dövrünə keçməsində əhəmiyyətli rol oynayır.

Xatırladaq ki, Trans Adriatik Boru kəməri layihəsi Cənub Qaz Dəhlizinin tərkib hissəsini təşkil edir. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetrdir. Layihə, Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”-dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya daşıyacaq.

TAP layihəsinin tikintisi yekunlaşdı, ticarət fəaliyyətinə hazırlıq gedir - FOTO


Tarix: 13-10-2020, 12:56 Oxunub: 183


Bölməyə aid digər xəbərlər