23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Pandemiyanın sonunu gözləyirəm və təbii ki, keçmiş yox, gələcək haqqında düşünürəm”

“Pandemiyanın sonunu gözləyirəm və təbii ki, keçmiş yox, gələcək haqqında düşünürəm”gununnebzi.az xəbər verir ki, bu gün Əməkdar incəsənət xadimi, kinoşunas Ayaz Salayevin altmış illik yubileyidir.
A.Salayev yubileyi ilə bağlı öz təəssüratlarını bölüşüb:
“Təbrikiniz üçün təşəkkür edirəm. Bu gün altmış illik yubileyimdir. Bu günü övladlarımla birlikdə keçirəcəm. Pandemiyanın sonunu gözləyirəm və təbii ki, keçmiş yox, gələcək haqqında düşünürəm. Altmış illik ömrümdə hansı xidmətləri etdiyimi mən yox, sənət yoldaşlarım deyə bilər. Özüm-özüm haqqında danışa bilmərəm. Arzularım ancaq gələcəkdə yeni işlər görməkdir”.
Xatırladaq ki, A.Salayev 1960-cı il avqustun 1-də Bakıda anadan olub. 1977-1982-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşunaslıq fakültəsində təhsil alıb. 1983-1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında və “Azərbaycanfilm”də redaktor vəzifəsində işləyib. 1986-1988-ci illərdə ÜDKİ-nin aspiranturasında oxumaqla bərabər, həmin təhsil ocağında “müasir film” fənnindən dərs deyib. 1995-ci ildə çəkdiyi “Yarasa” filmi Fransa, Almaniya, İspaniya, Yunanıstan, Belçika, İsveçrə, Finlandiya, ABŞ, Kanada, Rusiya, Bosniya və Herseqovina, Misir, Türkiyə, Monqolustan və digər ölkələrdə keçirilən otuza yaxın müsabiqədə iştirak edib. Film Fransanın Anje şəhərində keçirilən beynəlxalq Avropa kinosu festivalında Qran-priyə və digər nüfuzlu mükafatlara layiq görülüb. Sovet dövründə AzTV-də yayımlanan məşhur “Retro” verilişinin aparıcısı olub. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. (moderator)


Tarix: 1-08-2020, 11:54 Oxunub: 102


Bölməyə aid digər xəbərlər
15-06-2020, 16:26 İNK-da daha bir yeni rəhbər