21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“103”ə nə qədər müraciət daxil olub?

“103”ə nə qədər müraciət daxil olub?Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞT və TTYS) baş həkimin müavini İradə Əliyeva ötən ilin yekunlarına dair və hazırkı vəziyyətlə əlaqədar müsahibə verib.

GununNebzi.az müsahibəni təqdim edir:

- 2019-cu illə müqayisədə 2020-ci ildə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlər arasındakı fərq nə qədər olub?

- 2020-ci il ərzində Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 702 min 426 ümumi müraciət daxil olmuş, bunlardan 77 min halda hospitalizasiya icra edilib. Uşaqlar üçün edilən çağırışların sayı 53 min 800, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 9 mindən artıq olub. Keçən illə müqayisədə ümumi müraciətlərin və uşaq çağırışlarının sayında azalma qeyd edilsə də, hospitalizasiyada nəzərə çarpan artım var.

- Sərt karantin rejiminin Təcili Tibbi Yardım xidmətinə təsiri necə oldu?


- Pandemiya ilə əlaqədar əhalinin yoluxmadan qorxaraq tibbi heyətlə təmasdan çəkinməsi, xroniki xəstələrin və yaşlıların müraciətlərinin azalması, karantin rejimi tətbiq olunduğundan, bədbəxt hadisələrin, yol-nəqliyyat qəzalarının, travmaların azalması, məktəbəqədər, orta və ali təhsil müəssisələrinin fəaliyyətinin məhdudlaşdırılması səbəbindən uşaq və gənclər arasında xəstələnmə halları azalıb.

- Hazırda “103”-ə çağırışlar gündəlik nə qədərdir və necə icra olunur?

- Hazırda “103” xidmətinə gündəlik daxil olan müraciətlərin sayı 2000-dəkdir. Bu müraciətlərin içərisində daha çox ürək-qan damar, tənəffüs sistemi, şəkərli diabet, miokard infarktı, insult, cərrahi xəstəliklər, doğuş və s. ilə bağlı çağırışlar üstünlük təşkil edir. Çağırışlar ağırlıq dərəcəsinə görə çeşidlənərək, daha ağırları ilk növbədə icra olunur.

- Koronavirusla bağlı müraciətlərin azalması ilə əlaqədar Təcili Tibbi Yardım Stansiyasının çağırışlarla bağlı əvvəlki qaydalara dəyişiklik edilibmi?

- Səhiyyə Nazirliyinin tapşırığı ilə poliklinikalar gücləndirilmiş iş rejiminə keçirildikdən sonra, hərarəti 38 dərəcəyə qədər olan, xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin müayinə, müalicəsi və dərman təminatı bu tibb müəssisələri tərəfindən icra edilməyə başlandı. Bu da öz növbəsində COVID-19-a yoluxmuşlarda ağırlaşmaların sayının və təcili yardımın yükünün azalmasına səbəb oldu. Hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəliyi (hamilə qadınlar, şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrətəcili tibbi yardım briqadası tərəfindən ilkin tibbi yardım göstərilərək, laborator müayinə materialı götürülür. Bölmələrin kollektivi ilə mütəmadi olaraq görüşərək, psixoloji dəstəyə ehtiyacı olanlara müvafiq yardım göstərmək üçün stansiyada psixoloq da fəaliyyət göstərir. BŞT və TTYS-nin kollektivi var qüvvəsi və bacarığı ilə tibb sahəsində olan yeniliklərdən istifadə etməklə xalqın sağlamlığı keşiyində durmağa çalışır.


Tarix: 14-01-2021, 14:37 Oxunub: 304


Bölməyə aid digər xəbərlər