21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Hamiləykən peyvənd olunan analara ŞAD XƏBƏR: Antikor aşkarlandı

Hamiləykən peyvənd olunan analara ŞAD XƏBƏR: Antikor aşkarlandı

Hamiləykən peyvənd olunanların körpələrində yeni növ koronavirusa qarşı antikor aşkarlanıb.

GununNebzi.az xarici KİV-ə istinadla xəbər verir ki, İsraildə aparılan araşdırma koronavirus peyvəndinin doğulacaq körpələri qoruduğunu da ortaya çıxarıb.

Araşdırmada anaları hamiləykən 2 doza koronavirus peyvəndi qəbul edən 40 körpənin göbək bağından qan nümunələri götürülüb.

Tətbiq olunan testlərdə bütün körpələrdə koronavirusa qarşı antikorlar aşkar edilib.

Nəticələr hamilə qadınların peyvədlənməsinin faydasını sübuta yetirib.

İsrailin Səhiyyə Nazirliyi əvvəlcə hamilə qadınlara koronavirus peyvəndi tətbiq olunmasına icazə verməyib, ancaq daha sonra peyvəndlənmə proqramına daxil ediliblər.

Publika.az

Tarix: 19-03-2021, 08:35 Oxunub: 61


Bölməyə aid digər xəbərlər