21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Professordan 4-cü DALĞA XƏBƏRDARLIĞI

Professordan 4-cü DALĞA XƏBƏRDARLIĞI


Vaksinasiyanın sürəti bizdə elə də intensiv deyil. Bizə hələlik COVAX platforması ilə vaksin verilməyib. Buna baxmayaraq, Azərbaycan öz imkanları ilə qardaş Türkiyədən vaksin aldı və vətəndaşların peyvəndlənməsinə başladı.

GununNebzi.az xəbər verir ki, Bu sözləri Publika.az-a açıqlamasında professor Adil Qeybulla deyib. Həkim bildirib ki, vaksin çatışmazlığı ucbatından vaksinasiya intensiv şəkildə aparılmır:

“Hesab edirəm ki, vaksinin ədalətsiz bölgüsü dünyada çox ciddi təhlükə yaradır. Bilirik ki, koronavirus mutasiya etməkdə davam edir. İkili mutasiyaya uğramış Hindistan ştammı dünya üçün çox ciddi təhlükə mənbəyidir. Bu, artıq dördüncü dalğanın da real olduğunu göstərir. Odur ki, peyvəndlənmə sahəsində işlərin sürətləndirilməsinə başlamalıyıq. Bunun üçün dünya da vaksinin ədalətli bölgü prinsipinə əməl etməlidir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib. Vaksinlərin ölkələr arasında ədalətsiz bölgüsü qlobal təhdid yaradan tendensiyadır və bu, bizi dərindən narahat edir”.

Tarix: 27-04-2021, 19:40 Oxunub: 165


Bölməyə aid digər xəbərlər