23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Doğuşdan sonra ölən ana ilə bağlı TƏBİB-dən - Açıqlama

Doğuşdan sonra ölən ana ilə bağlı TƏBİB-dən - Açıqlama

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Zaqatalada 23 yaşlı ananın doğuşdan sonra ölümü ilə bağlı açıqlama yayıb.

TƏBİB-dən verilən məlumatda deyilir:

“Zaqatala şəhər sakini, 23 yaşlı Fatimət İslam qızı Musayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasında yeddi aylıq oğlan uşağı dünyaya gətirib.

Daha sonra F.Musayevanın vəziyyəti ağırlaşıb və bağırsaq keçməzliyi şübhəsi ilə Təcili Tibbi Yardım avtomobili ilə Bakıya gətirilib.

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında kontrast tomoqrafiyadan və zəruri müayinələrdən keçirildikdə qarın boşluğunda, bağırsaq müsariqələrində çoxsaylı törəmələr aşkar edilib. Nümunələr biopsiya üçün laboratoriyaya göndərilib.

Ailəsi xəstəlikdən əvvəlcədən xəbərdar olduğunu bildirib, pasienti xəstəxanadan yazılı iltizamnamə ilə çıxararaq, aparıblar. Xəstə xəstəxana tərəfindən Təcili Tibbi Yardım avtomobili ilə Zaqatalaya yola salınıb, Şəkiyə çatarkən yolda dünyasını dəyişib.

Uşağın vəziyyəti isə stabildir”.

(manset.az)

Tarix: 10-05-2022, 00:02 Oxunub: 193


Bölməyə aid digər xəbərlər