23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Vüqar Qurbanovun səlahiyyəti artırıldı

Vüqar Qurbanovun səlahiyyəti artırıldı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun səlahiyyəti artırılıb.

GununNebzi.az-
ın məlumatına görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərmana etdiyi dəyişiklikdə əksini tapıb.

İndiyə qədər TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor və onun 3 (üç) müavini həyata keçirib. Dəyişikliyə əsasən, TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirəcək.

İcraçı direktorun Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 müavini olacaq.
Qeyd edək ki, hazırda TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovdur.

Tarix: 1-05-2023, 17:08 Oxunub: 17


Bölməyə aid digər xəbərlər