23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Süni mayalanma üçün büdcədən pul ayrıla bilər

Süni mayalanma üçün büdcədən pul ayrıla bilər

Süni mayalanma üçün dövlət büdcəsindən pul ayrılması təklif edilib.

GununNebzi.az
xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Rəşad Mahmudov çıxış edib.

Deputat bildirib ki, hər il maddiyyat baxımından uzun müddət övlad sahibi ola bilməyənlərin arzusu gerçəkləşmir: “Hər dəfə bu mövzu ortaya çıxanda “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin qəbul edilməsi məsələsi gündəmə gəlir. Qanun olmadığına görə işlər yubanır. Qeyd edim ki, bu qanun olmadan da tibbi tərəfdən məsələnin həlli ilə əlaqəli bilinən həqiqətlər var. Uşaq sahibi olmaq əslində bir insanın tam şəkildə fiziki, əqli və sosial cəhətdən sağlamlıq halına yönələn vacib məsələdir. Bu da dövlət təyinatı altında olmalıdır”.
Ətraflı

R.Mahmudov qeyd edib ki, gələn ilin büdcəsində bu sahə ilə bağlı müəyyən hazırlığın görülməsi vacibdir: “İldə heç olmasa 200-250 şəxsin süni mayalanma istəkləri ilə bağlı büdcədən 1 və ya 1,5 milyon manatlıq yardımın ayrılması uyğun olar”. (Qafqazinfo)

Tarix: 13-06-2023, 12:35 Oxunub: 10


Bölməyə aid digər xəbərlər