21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Vüqar Qurbanov: “Biz peşəkar həkimlərimizi Vətəndə, tibb mərkəzlərimizdə görməyə hər zaman şad olarıq”

Vüqar Qurbanov: “Biz peşəkar həkimlərimizi Vətəndə, tibb mərkəzlərimizdə görməyə hər zaman şad olarıq”

“Hazırda TƏBİB-in tabeli tibb müəssisələrində 94 084 nəfər əməkdaş çalışır. Onlardan 53 389 nəfəri tibb heyətidir”.

GununNebzi.az
xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov Azərbaycanlı Təbiblərin Simpoziumunda çıxışında söyləyib. O qeyd edib ki, 2022-ci il üzrə TƏBİB-in tabeli tibb müəssisələrinə 12 379 nəfər işçi, 2023-cü ildə bu gününədək isə 3 500 nəfərdən çox işçi qəbul edilib:

“Hazırda xaricdə təhsil alan həkim-mütəxəssislərin TƏBİB-in tabeli tibb müəssisələrində işə qəbulu da aparılır. Həm regionlarda, həm də mərkəzdə yerləşən tibb müəssisələrimizdə 60 nəfərdən çox xaricdə təhsil alan azərbaycanlı həkim işlə təmin olunub. Bu tendensiyanı gələcəkdə də davam etdirməyi düşünürük. Biz peşəkar həkimlərimizi Vətəndə, tibb mərkəzlərimizdə görməyə hər zaman şad olarıq”. (Oxu.az)

Tarix: 17-06-2023, 14:49 Oxunub: 18


Bölməyə aid digər xəbərlər