23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
TƏBİB bu il əhaliyə göstərilən xidmətlərin sayını açıqladı

TƏBİB bu il əhaliyə göstərilən xidmətlərin sayını açıqladı

Cari ilin 11 ayı ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələrində 40 277 004 xidmət göstərilib.

GununNebzi.az
xəbər verir ki, bunu TƏBİB-in Tibbi statistika və analitika şöbəsinin müdiri Kamran Qasımov “TƏBİB - Tibdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, onun 33 888 773-ü ambulator, 6 388 231-i isə stasionar tibbi xidmətin payına düşüb:

“Həkimə gəlişlərin sayı 7 214 551 təşkil edib. Tabeli tibb müəssisələrində 11 ayda 292 320 əməliyyat icra olunub. Laborator xidmətlərin sayı 8 522 701 olub. Cari il ərzində TƏBİB-in tibb müəssisələrinə 12 440 tibb işçisi işə qəbul olunub”.

Tarix: 20-12-2022, 11:28 Oxunub: 18


Bölməyə aid digər xəbərlər