09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Naxçıvan Perinatal Mərkəzinin rəhbərinin müavini nöqsanlara görə işdən çıxarılıb

Naxçıvan Perinatal Mərkəzinin rəhbərinin müavini nöqsanlara görə işdən çıxarılıb

Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzin rəhbərinin müavini işdən azad edilib.

GununNebzi.az
apa-ya istinadən xəbər verir ki, Perinatal Mərkəzin rəhbərinin Müalicə işləri üzrə müavini Nəzakət Quliyeva tutduğu vəzifədən azad edilib.

Onun vəzifə təlimatı qaydalarını pozaraq, vəzifələrinin icrasına laqeydlik göstərdiyinə görə işdən uzaqlaşdırıldığı bildirilir.

N.Quliyeva mərkəzin həkimlər sırasından da çıxarılıb.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun müvafiq əmri ilə Kifayət Məmmədova Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinə direktor müavini - baş həkim təyin olunub.

Tarix: 19-06-2023, 16:05 Oxunub: 23


Bölməyə aid digər xəbərlər