23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Sabunçu Tibb Mərkəzində reanimasiya və əməliyyat bloku istifadəyə verildi - Fotolar

Sabunçu Tibb Mərkəzində reanimasiya və əməliyyat bloku istifadəyə verildi - Fotolar

TƏBİB tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzində Cərrahi profilli reanimasiya və əməliyyat bloku əsaslı təmir olunub.

TƏBİB-dən verilən məlumata görə, açılış mərasimində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov iştirak ediblər.

Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova Cərrahi profilli reanimasiya və əməliyyat blokunda olan yeniliklər, yaradılan şəraitlə bağlı ətraflı məlumat verib. O, bildirib ki, yeniliklər sayəsində göstərilən tibbi xidmətlərin keyfiyyəti yüksəldiləcək və vətəndaş məmnunluğu daha da artırılacaq.

Cərrahi profilli reanimasiya şöbəsi süni tənəffüs aparatları, defibrilyator, çətin intubasiya üçün videolarinqoskop, EKQ aparatları ilə təchiz edilib. Eyni zamanda ağır kəllə-beyin travmaları, eləcə də müştərək travmalarla daxil olan xəstələrə tibbi yardım göstərilməsi üçün şöbə portativ süni tənəffüs aparatları, defibrilyatorlar, infuzomatlar, xəstəyanı monitorlarla və müasir avadanlıqlarla təmin olunub. Bundan əlavə, şöbə ağır kəllə-beyin travmalı, mədə-bağırsaq qanaxması, kəsilmiş-deşilmiş yaralar və reanimasiya göstərişi olan pasiyentləri qəbul etmək üçün tam hazır vəziyyətə gətirilib.

Tibb personalının xəstələrin vəziyyətini müşahidə etmələri üçün nəzarət otaqları yaradılıb. Cərrahi profilli reanimasiya şöbəsindəki otaqlar hər biri ayrılıqda mərkəzi havalandırma sistemi ilə təmin edilib. Anestezioloji xidmət üçün zəruri olan bütün təchizat yenilənib. Reanimasiya otaqları 22 çarpayı ilə təchiz olunub. Həmçinin infeksion xəstələrin müalicəsi üçün izolyasiya otağı ayrılıb. Əsaslı təmir edilən əməliyyat bloku isə müasir tələblərə cavab verən narkoz aparatları, monitorlar, masalar, laparoskopik cihaz və alətlər, endoskopiya, C-qollu rentgen, beyin əməliyyatları üçün mikroskop cihazları, “Thunderbeat” və “Sonicbeat” (ən müasir cərrahi toxuma idarəetmə sistemləri) xüsusiyyətlərinə sahib damar kəsmə, möhürləmə cihazları (“Ligature”), bipolyar və monopolyar xüsusiyyətləri olan koaqulyatorlarla təchiz olunub.

Əməliyyat blokunda 3 əməliyyat otağı, 2 çarpayılıq ayıltma otağı, material və alətlərin sterilizasiyası üçün yeni avtoklavlarla təmin edilmiş otaq mövcuddur. Həmçinin tibb mərkəzində çoxməqsədli cərrahi və tibbi alətlərin ekspres sterilizasiyası üçün ən müasir avadanlıqlara təchiz olunan Sterilizasiya bölməsi də istifadəyə verilib.
Sabunçu Tibb Mərkəzində reanimasiya və əməliyyat bloku istifadəyə verildi - Fotolar
Sabunçu Tibb Mərkəzində reanimasiya və əməliyyat bloku istifadəyə verildi - Fotolar
Sabunçu Tibb Mərkəzində reanimasiya və əməliyyat bloku istifadəyə verildi - Fotolar
Sabunçu Tibb Mərkəzində reanimasiya və əməliyyat bloku istifadəyə verildi - Fotolar
Sabunçu Tibb Mərkəzində reanimasiya və əməliyyat bloku istifadəyə verildi - Fotolar
Sabunçu Tibb Mərkəzində reanimasiya və əməliyyat bloku istifadəyə verildi - Fotolar

Tarix: 8-12-2023, 18:59 Oxunub: 18


Bölməyə aid digər xəbərlər