23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Türkiyədən Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı BƏYANAT

Türkiyədən Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı BƏYANAT“Dünən Fransa Senatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamə, beynəlxalq hüququn ən təməl prinsiplərinin, legitimliyin və ədalətin daxili siyasət mülahizələri naminə nəzərə alınmamasının ibrətlik nümunəsidir”.

GununNebzi.az xəbər verir ki, Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Qurum Fransa Senatının bu qərarı həm də həmsədrlər tərəfindən aparılmış ATƏT-in Minsk Qrupunun işini niyə bu günə qədər həll edə bilmədiyinin bariz göstəricisi adlandırıb.

“Ermənistanın əvvəlcə Tovuzda, daha sonra Dağlıq Qarabağda sərgilədiyi təcavüz və təxribatlardan sonra Azərbaycan lazımi cavabı verdi və 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad edərək, ərazi bütövlüyünü bərpa etdi”, - deyə bəyanatda bildirilib.

Türkiyə XİN-in bəyanına görə, Azərbaycanın bu meydandakı nəticəsi BMT-nin qətnamələrində və Fransanın həmsədri olduğu Minsk prosesi zamanı qeydə alınan, lakin həyata keçirilməyən hüquqların konkretləşdirilməsində əks olunur. Çünki BMT-nin müvafiq qətnamələri ermənilərin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tənzimləyir.

“Belə bir vəziyyətdə Fransa Senatının Azərbaycanın işğaldan azad etdiyi öz torpaqlarından çəkilməyə çağırması, ciddiyə alınmayacaq qədər gülünc, qərəzli və qeyri-real anlayışın təzahürüdür.

Heç bir ağlabatan əsaslandırması olmayan bu məntiqdən məhrum qərar, Fransanın məsələnin həllinə həqiqi mənada töhfə verməsini məhdudlaşdırır”, - deyə məlumatda bildirilir.

“30 ilə yaxındır davam edən Azərbaycan-Ermənistan münaqişəsində əldə olunan mərhələdə Fransanın artıq düzgün nəticələr çıxarmaqla bölgənin sabitliyi üçün konstruktiv münasibət göstərəcəyinə ümid edirik. Bunun üçün mövcud həqiqətlərə əsaslanan beynəlxalq hüquqa uyğun qalıcı bir həll yolu tapmaq üçün səy göstərmək kifayətdir”, - bəyanatda vurğulanıb.

Türkiyə XİN Ankaranın yaxın ərazilərdə on illərdir davam edən bu münaqişənin regional sülh və sabitliyinə töhfə vermək üçün digər müttəfiqləri kimi Fransa ilə birlikdə çalışmağa hazır olduğunu vurğulayıb.


Tarix: 26-11-2020, 17:00 Oxunub: 153


Bölməyə aid digər xəbərlər