23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ceyhun Bayramov Zaxariyeva ilə telefonla danışdı

Ceyhun Bayramov Zaxariyeva ilə telefonla danışdıXarici İşlər naziri Ceyhun Bayramovun Bolqarıstan Respublikasının Baş nazirinin ədliyyə islahatları üzrə müavini, xarici işlər naziri Yekaterina Zaxariyeva ilə telefon danışığı baş tutub.

GununNebzi.az Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər bölgədə mövcud son vəziyyəti, eləcə də 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Bu razılaşmanın icrasının bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin edilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərini, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.


Tarix: 4-12-2020, 19:29 Oxunub: 237


Bölməyə aid digər xəbərlər