23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ərdoğan sabah Azərbaycana gələcək

Ərdoğan sabah Azərbaycana gələcəkTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana bu gün deyil, sabah gələcək.

gununnebzi.az xəbər verir ki, bu barədə TRT xəbər yayıb.

Bildirilir ki, bu Türkiyə dövlət başçısının Qarabağdakı atəşkəsdən sonra Azərbaycan Prezidenti İlham Əliyevlə ilk görüşü olacaq.

Qeyd edilir ki, Prezident Ərdoğanın Bakı səfəri iki gün davam edəcək. Görüşdə həm iki ölkə arasındakı münasibətlər, həm də Qarabağdakı son vəziyyət müzakirə ediləcək, atəşkəs prosesi ətraflı qiymətləndiriləcək.

İki lider, atəşkəsi izləmək və nəzarət etmək üçün yaradılan Türkiyə-Rusiya mərkəzi ilə bağlı son vəziyyəti və Birgə Mərkəz üçün fəaliyyətləri müzakirə edəcəklər.

Bundan başqa danışıqlar zamanı Ankara və Bakının birlikdə atacağı addımlarla bağlı qiymətləndirmələr də həyata keçiriləcək.


Tarix: 8-12-2020, 15:08 Oxunub: 202


Bölməyə aid digər xəbərlər
5-03-2020, 09:30 Ərdoğan Rusiyaya gedir