23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bu qadağanın müddəti uzadıldı - DİQQƏT

Bu qadağanın müddəti uzadıldı - DİQQƏTPandemiya ilə əlaqədar dövlət qurumlarında çalışan işçilərin say həddinin 30 faizədək azaldılması, digər əməkdaşların məsafədən iş rejimində çalışması ilə bağlı müddət uzadılıb.

GununNebzi.az-ın xəbərinə görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Artıq Nazirlər Kabineti dövlət qurumlarına bununla bağlı müvafiq qaydada məktub göndərib. Nazirlər Kabinetinin müvafiq tövsiyəsinə qədər bu qayda qüvvədə qalacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 16 yanvar 2021-ci il tarixli qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb.//APA


Tarix: 18-01-2021, 14:58 Oxunub: 212


Bölməyə aid digər xəbərlər