23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Nemət Pənahlının rəhbərlik etdiyi partiyanın dövlət qeydiyyatı ləğv edilə bilər

Nemət Pənahlının rəhbərlik etdiyi partiyanın dövlət qeydiyyatı ləğv edilə bilərNemət Pənahlının rəhbərlik etdiyi partiyanın - Azərbaycan Milli Dövlətçilik Partiyasının qeydiyyatı ləğv edilə bilər.

GununNebzi.az-ın xəbərinə görə, buna səbəb təşkilatın qurultaylar keçirməməsi, rəhbər orqanların seçilməməsi, illər üzrə maliyyə hesabatlarını təqdim edilməməsidir.

Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov Nazirliyin 2020-ci il fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib ki, bəzi siyasi partiyaların fəaliyyəti ümumiyyətlə hiss olunmur: "Bu partiyaların rəhbərləri, habelə üzvlərinin bəziləri vəfat edib və bundan sonra bu partiyalar faktiki mövcud deyil. Onlar siyasi arenada fəaliyyətdən də savayı, qanunvericiliklə üzərinə qoyulmuş tələblərə riayət etmirlər. Yəni ki, qurultaylar keçirmirlər, rəhbər orqanları seçmirlər, illər üzrə maliyyə hesabatlarını təqdim etmirlər. Belə partiyalara misal kimi, Azərbaycan Dirçəliş və Tərəqqi, Müstəqil Azərbaycan, Azərbaycan Milli Dövlətçilik, Azərbaycan Vətənpərvərlər, Azərbaycan Vahid Kommunist Partiyalarını qeyd etmək olar. Hazırda Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq işlər görülür”.


Tarix: 25-01-2021, 17:46 Oxunub: 245


Bölməyə aid digər xəbərlər