23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Tramp dünyanın ən böyük adasını satın almaq istədi –Danimarkalılar üsyan etdi

Tramp dünyanın ən böyük adasını satın almaq istədi –Danimarkalılar üsyan etdiDanimarka siyasətçiləri ABŞ prezidenti Donald Trampın Qrenlandiya adasını almaq arzusunu qeyri-ciddi qarşılayıblar.

gununnebzi.az xəbər verir ki, “Wall Street Journal” qəzeti Trampın strateji əhəmiyyəti və təbii resurslarına görə Danimarkaya məxsus dünyanın ən böyük adasını satın almaq istədiyini yazmışdı. Məqalədə bu işlə məşğul olmaq üçün Ağ Evdəki bir müşavirə tapşırıq verdiyi də qeyd olunmuşdu.

Özəl şam yeməyində dostlarına “Bu məsələ barədə nə düşünürsünüz? Sizcə, işə yarayarmı?” deyən Trampın adanı ABŞ-ın növbəti ştatına çevirmək iddiası da verilib.

Bu ABŞ prezidentlərinin Qrenlandiyanı satın almaq istəməsi ilə bağlı ilk hal deyil. II dünya müharibəsindən sonra ABŞ prezidenti Harri Turmen ada üçün Danimarkaya 100 milyon dollar təklif edib, lakin rədd cavabı alıb.

Öz növbəsində Danimarkanın sabiq baş naziri Lars Lökke Rasmussen iddianı zarafat kimi qarşıladığını deyib.

“Bu 1 aprel zarafatı olmalıdır. Ancaq heç mövsümünə düşməyib” – Tvitter səhifəsində yazıb.

Danimarkanın partiyaları Qrenlandiyanın satışı ilə bağlı sərt reaksiya veriblər.

“Qrenlandiya satılıq deyil! Ərazi və insanları satın almaq dövrü çoxdan keçib. Ümid edirəm ki, Danimarka hökuməti o, bu ölkəyə səfər edəndə Danimarka ictimaiyyəti adından bunu çatdırar” – Sol partiyanın rəsmisi Mikael Ostrup yazar.

Radikal partiyanın nümayəndəsi Martin Lideqord isə bunun zarafat olduğuna ümid etdiyini bildirib. Əks halda bu çox qorxulu ideyadır. Çünki adanın silahlanmasının yolunu açacaq və Danimarka üçün böyük itki olacaq.

gununnebzi.az


Tarix: 14-03-2020, 16:59 Oxunub: 201


Bölməyə aid digər xəbərlər