Prezident İlham Əliyev Bərdə rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Bərdə rayonunun əhalisi 34320 nəfər olan 21 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 23 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,61 milyon (bir milyon altı yüz on min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Bərdə rayonunda qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 mart tarixli Sərəncamına Əlavə
Sıra
№-si
Yaşayış məntəqələri
Quyuların
sayı, ədəd
Əhalinin
sayı, nəfər
Bala Qacar kəndi
1
895
Birinci Qaradəmirçi kəndi
1
2197
Cicimli kəndi
1
345
Dəymədağıldı kəndi
1
2014
Əmirli kəndi
1
2023
Hacallı kəndi
1
1719
Xanərəb kəndi
1
2249
İkinci Hacallı kəndi
1
1524
İkinci Qaradəmirçi kəndi
1
537
Kətəlparaq kəndi
1
3522
Qayalı kəndi
1
402
Qazaxlar kəndi
1
643
Qazıqurdalı kəndi
1
1218
Lənbəran kəndi
1
5529
Piyadalar kəndi
1
358
Soğanverdilər kəndi
2
1812
Şahvəlilər kəndi
2
1144
Şatırlı kəndi
1
636
Şərəfli kəndi
1
354
Şirvanlı kəndi
1
2304
Yeni Daşkənd kəndi
1
2895
Cəmi
23
34 320
Bölməyə aid digər xəbərlər