23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Azərbaycan cinayətləri törədənləri ədalət mühakiməsi qarşısına çıxarmaq üçün…”

"Azərbaycan cinayətləri törədənləri ədalət mühakiməsi qarşısına çıxarmaq üçün…”"Ermənistan tərəfindən Azərbaycana qarşı 27 sentyabr 2020-ci il tarixində başlamış son təcavüz istisna olmamışdır. Həmin təcavüz Azərbaycanın mülki əhalisini təşvişə salmaq məqsədilə müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə bərabər ciddi beynəlxalq humanitar hüquq pozuntuları ilə müşayiət olunmuşdur".

GununNebzi.az xəbər verir ki, bunu Xarici işlər naziri cənab Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 46-cı sessiyasının Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.

"Bu məqsədlə Ermənistan məqsədli şəkildə Azərbaycanın münaqişə bölgəsindən uzaqda yerləşən mülki əhalinin sıx məskunlaşdığı ərazilərinə hücum törətmiş, nəticədə 101 mülki şəxs həlak olmuş, 400-dən çox insan ağır yaralanmışdır. Bundan əlavə, Ermənistan hərbçilərinin Azərbaycanlı əsirlərin hüquqlarını pozduğu, o cümlədən alçaltma və nalayiq rəftar, onlara qarşı fiziki zor tətbiqi, söyüş, başlarının kəsilməsi, cəsədlərlə pis rəftar tətbiq etdikləri barədə çoxsaylı təkzibedilməz faktlar mövcuddur. Azərbaycan müvafiq ikitərəfli və çoxtərəfli mexanizmlər çərçivəsində öz hüquqlarından istifadə edərək bu cinayətləri törədənləri ədalət mühakiməsi qarşısına çıxarmaq üçün bütün tədbirləri görməyə qərarlıdır.

Yuxarıda göstərilən əməllərini ört-basdır etməyə cəhd edən Ermənistan beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq üçün Azərbaycanı eyni cinayətlərdə ittiham edir və bu məqsədlə yalan xəbərlərlə dolu kütləvi kampaniya həyata keçirir. BMT-nin insan hüquqları mexanizmləri, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarın Ofisi, müqavilə qurumları və mandat daşıyıcıları da Ermənistanın bu saxta təbliğatına məruz qalmışdır", - nazir bildirib.


Tarix: 22-02-2021, 18:55 Oxunub: 146


Bölməyə aid digər xəbərlər