23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ceyhun Bayramov ölkəmizdəki xarici diplomatlara erməni hücumu barədə məlumat verib

Ceyhun Bayramov ölkəmizdəki xarici diplomatlara erməni hücumu barədə məlumat veribBu ilin 11 oktyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ölkəmizdəki diplomatik korpusun rəhbərləri qarşısında brifinq ilə çıxış edib.

Nazir Ceyhun Bayramov Ermənistanın bu ilin 10 oktyabr tarixindən humanitar atəşkəslə bağlı Moskva razılaşmasını kobud şəkildə pozaraq, Azərbaycanın yaşayış məntəqələrini və mülki şəxslərini məqsədli şəkildə atəşə tutması barədə məlumat verib. Humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan sonra Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttindən xeyli uzaq yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qaldığı və bu hücum nəticəsində 9 mülki şəxsin həlak olduğu, o cümlədən aralarında azyaşlı uşaqlar olmaqla, 35 nəfərin yaralandığı diqqətə çatdırılıb. Nazir, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində dinc insanları, evləri, mülki obyektləri, tibb işçilərini məqsədli atəşə tutmasının ölkənin beynəlxalq hüququn fundamental normalarına, o cümlədən beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyalarına məhəl qoymamasının bariz nümunəsi olduğunu vurğulayıb.

Beynəlxalq ictimaiyyəti və dövlətləri beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqe sərgiləməyə çağıran xarici işlər naziir Ceyhun Bayramov, dövlətləri işğalçı Ermənistanı beynəlxalq öhdəliklərinə riayət etməyə məcbur etmək üçün qətiyyətli addımlar atmağa çağırıb.


Tarix: 11-10-2020, 23:07 Oxunub: 226


Bölməyə aid digər xəbərlər