23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Gürcüstanla Azərbaycan arasında gediş-gəliş mümkün olacaq

Gürcüstanla Azərbaycan arasında gediş-gəliş mümkün olacaqGürcüstanla Azərbaycan arasında gediş-gəliş martın 23-dən etibarən yalnız “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə mümkün olacaq.

gununnebzi.az “Sputnik Gürcüstan”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.

Məntəqənin iş saatları 10:00-dan 18:00-dək müəyyən olunub.

Gürcüstan Baş Nazirinin başçılıq etdiyi İdarələrarası Koordinasiya Şurası tərəfindən qəbul edilmiş qərara əsasən, insanların digər keçid məntəqələrindən keçməsinə icazə verilməyəcək.

Bildirilir ki, məhdudiyyətlər bütün nəzarət-buraxılış məntəqələri boyunca gün ərzində yük daşımalarına təsir göstərməyəcək.

Qeyd edək ki, Gürcüstanda 54 nəfər koronavirusa yoluxub, onlardan 3-ü sağalıb.

Xatırladaq ki, martın 14-dən etibarən Gürcüstanla Azərbaycan arasında vətəndaşların gediş-gəlişi 10 gün müddətinə dayandırılıb. Gürcüstan martın 18-dən etibarən bütün xarici ölkə vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub.

gununnebzi.az


Tarix: 22-03-2020, 23:57 Oxunub: 98


Bölməyə aid digər xəbərlər