07:58 / 19-11-2024
Abxaziya “prezident”i istefa verdi - Foto
00:40 / 19-11-2024
Netanyahu İrana hücumun təfərrüatlarını açıqlayıb
21:59 / 18-11-2024
Biləsuvarda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü
21:44 / 18-11-2024
Maşını qaçırıb Bakı Olimpiya Stadionuna daxil olmaq istədi, həbs olundu
20:01 / 18-11-2024
“Dayanıqlı gələcək üçün irsin inkişafı” mövzusunda panel müzakirə keçirilib
19:57 / 18-11-2024
Balıq tutmağa getmişdi, çaydan meyiti tapıldı
19:56 / 18-11-2024
Conson Ukrayna ilə bağlı çağırış etdi
16:43 / 18-11-2024
Kremldən Rusiyaya raket zərbələri endirilməsi icazəsi ilə bağlı - Açıqlama
16:40 / 18-11-2024
Cinayət Məcəlləsində yeni maddə - 15 ilə kimi həbs!
13:30 / 18-11-2024
Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi
13:28 / 18-11-2024
“Mərkəzi Bank pul siyasətini yumşaldıb”
13:26 / 18-11-2024
Prezident rəsmilərlə görüş keçirir - Fotolar - Yenilənib
12:23 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
12:21 / 18-11-2024
Minimum pensiya bu qədər olacaq
12:20 / 18-11-2024
Yeniyetmə özünü 13-cü mərtəbədən atdı
12:18 / 18-11-2024
Gələn il minimum əməkhaqqı - 400 manat olacaq
12:18 / 18-11-2024
7 min manat cəriməsi olan sürücü həbs edildi
08:18 / 18-11-2024
“Raketlər öz sözünü deyəcək” - Zelenskidən ilk açıqlama
08:03 / 18-11-2024
Onlar da Rusiyaya zərbə endirməyə icazə verdi
08:00 / 18-11-2024
Bayden Ukraynaya Rusiya ərazisini vurmağa icazə verdi
19:37 / 17-11-2024
COP29-dakı qərarlar dünyaya güclü mesaj olmalıdır - Çunqonq
19:32 / 17-11-2024
Ukraynanın cavabı: Belqoroda hücum etdi
19:24 / 17-11-2024
Şolts Putinlə yenidən danışacaq
19:23 / 17-11-2024
Fatih Terim "Qarabağ" klubunun bazasını ziyarət ETDİ-VİDEO
19:20 / 17-11-2024
Nəfəs: "Sevgilimlə it-pişik kimiyik" - VİDEO
19:15 / 17-11-2024
"Hizbullah"ın sözçüsü öldürüldü
16:38 / 17-11-2024
Ucarda sanitariya-gigiyena qaydalarını pozan şəxslərlə bağlı tədbir görüldü
16:37 / 17-11-2024
Rusiya Türkiyədən geyim idxalını yarıbayarı azaltdı
16:33 / 17-11-2024
İlham Əliyev Jan Kristof Rollan ilə görüşdü - Fotolar
16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
14:31 / 17-11-2024
Ev dustaqlığı Sərdar Ortaça baha başa gəldi
Azad edilmiş ərazilərin elektrik təchizatı ilin sonuna qədər başa çatacaq - İlham Əliyev
“Bu sözləri deyəndən sonra ertəsi gün Rusiya Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin məktubuna cavab göndərmişdir. Mən bu cavabla tanış oldum. Azərbaycan xalqına hər şeyi olduğu kimi deməliyəm. Çünki bu, çox ciddi məsələdir. Bu, sıradan olan məsələ deyil. Ona görə burada hər hansı bir məxfiliyə yol vermək olmaz. Cavabda göstərilmişdir ki, Rusiya tərəfi ballistik raketlərin buraxılmasını müəyyən etməmişdir”.
GununNebzi.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı bildirib.
“Hərbi Qənimətlər Parkının açılışında Siz Azərbaycan ərazisinə atılan “İsgəndər-M” raketi barədə danışdınız və dediniz ki, bununla bağlı Rusiyadan cavab gözləyirsiniz. Bununla bağlı bir cavab verildimi?” sualını cavablandıran dövlət başçısı deyib ki, bu, əslində, bizim məktubumuza olan tam cavab deyil:
“Çünki bizim məktubumuzda əsas sual ondan ibarət idi ki, ixrac üçün qadağan edilən və ölümcül “İsgəndər-M” raketləri Ermənistanın əlinə necə düşüb? Axı, bu, mümkün deyil. Bunun iki yolu var: ya qaçaqmalçılıq yolu ilə, ya da ki, beynəlxalq normaları, qaydaları pozmaq yolu ilə. Çünki Ermənistan ordusunda ancaq “İsgəndər-E”, yəni, ekspert - ixrac variantı ola bilər. Onların arasında böyük fərq var. “İsgəndər-E” raketlərinin atəş məsafəsi 280 kilometrdir. “İsgəndər-M” raketləri daha uzaqmənzilli raketlərdir. Burada məsafə 500 kilometrdir. Yəni, Ermənistan ordusunda “İsgəndər-M” raketləri ola bilməzdi. Bunun ancaq iki yolu var. Başqa yolu ola bilməz. Çünki heç bir başqa ölkədə bu raketlər yoxdur. Bax, bu suala bizə cavab verilməlidir. Biz bu cavabı gözləyirik, Azərbaycan xalqı gözləyir. Biz bir çox məsələləri özümüz üçün aydın etmişik. Biz bilirik bu raketlər nə vaxt və nə üçün atılıb. Ancaq bizə rəsmi cavab verilməlidir, bu raketləri bizə atan Ermənistandan və Rusiyadan. Bu raket sistemləri ya Ermənistana verilib, yaxud da ki, qanunsuz yollarla Rusiyadan oğurlanaraq çıxarılıb. Bu suallara cavab yoxdur.
Əlbəttə ki, bu, xoşagələn vəziyyət deyil. Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələri var. Rusiya sülhməramlı qüvvələri Azərbaycanın razılığı ilə bizim torpağımıza - Qarabağa, Xankəndiyə və ətraf yerlərə gətiriliblər. Biz hesab edirdik ki, bu yeni əməkdaşlıq formatı bizim əlaqələrimizi möhkəmləndirəcək. Əslində, möhkəmləndirməlidir. Ancaq “İsgəndər-M” raketlərinin Şuşa şəhərində tapılması və bu məsələ ilə bağlı bu günə qədər bizə tam cavabın verilməməsi, əlbəttə ki, Azərbaycan xalqında və Azərbaycan rəhbərliyində haqlı olaraq təəssüf və təəccüb hissi oyadır. Biz ümid edirik ki, bu məsələyə aydınlıq gətiriləcək. Strateji tərəfdaşlar arasında münasibətlər səmimi olmalıdır. Azərbaycan bütün strateji tərəfdaşlarla həmişə səmimi olub, həmişə öz sözünün üstündə durmuşdur, öz sözünü yerinə yetirmişdir. Üçtərəfli Bəyanat da Azərbaycan tərəfindən tam icra edilib.
Biz ümid edirik ki, “İsgəndər-M” raketləri ilə bağlı məsələyə aydınlıq gətiriləcək. Çünki onlar Qənimətlər Parkında nümayiş etdirilir. Bunu inkar etmək, sadəcə olaraq, mümkün deyil. Hər halda, biz öz prinsipial mövqeyimizi bundan sonra da nümayiş etdirəcəyik. Azərbaycan xalqı bütün vacib məsələlərlə bağlı dolğun məlumat alacaq, necə ki, bu günə qədər alıb. Necə ki, Ermənistandan fərqli olaraq bu müharibə dövründə mən tam həqiqəti demişdim. İndi isə Ermənistan rəhbərləri susurlar. Onlara sual veriləndə ki, siz “İsgəndər-M” raketlərindən istifadə etmisiniz? Susurlar. Ağızlarına su alıblar. Halbuki biz bilirik ki, necə atılıb, nə vaxt atılıb və daha çox şey bilirik”.
Bölməyə aid digər xəbərlər

Tarix: 20-04-2021, 22:40 Oxunub: 189
Bölməyə aid digər xəbərlər
12-04-2021, 17:41
İlham Əliyev Şuşanın “İskəndər-M” raketləri ilə atəşə tutulmasından danışdı: “Biz cavab istəyirik”
20-04-2021, 21:07
Prezidentin AZTV-yə müsahibəsi - TAM MƏTN
31-10-2020, 13:11
Biz dayanmağa hazırıq, ancaq... - İlham Əliyev
13-04-2021, 20:04
İlham Əliyevin Hərbi Qənimətlər Parkında söylədiyi fikirlər Moldova mediasında geniş işıqlandırılıb