23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Rəşad Mahmudov həkimlərin narazılığına münasibət bildirib

Rəşad Mahmudov həkimlərin narazılığına münasibət bildirib

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov həkimlərin sertifikasiyalaşdırma aparılmasıyla bağlı etirazlarına münasibət bildirib.

GununNebzi.az-ın məlumatına görə, o bildirib ki, həkimlər sertifikasiyadan 5 ildən bir keçirilir:

“İmtahandan keçmədikdə onların fəaliyyəti dayandırılır. 6 ay müddətinə ikinci dəfə imtahan vermək şansı verilir. İlk baxışda səhiyyə işçilərinin buna qarşı gəlməsi normal qəbul olunmur.

Ancaq araşdırma zamanı problemlərin olduğu ortaya çıxır. Qanuna əsasən, şəxs diplom əldə etdiyi andan fəaliyyətə başlamaq hüququ əldə edir. Ancaq qanunda sertifikasiya ilə bağlı məsələ olduğu üçün onların bu hüququnu əlindən almış oluruq”.“Qafqazinfo"

Tarix: 21-05-2021, 16:08 Oxunub: 298


Bölməyə aid digər xəbərlər